Şou-biznes əhli yeni ildə nə qədər pul qazanacaqlar? - QİYMƏTLƏR

MAQAZİN
10:00 19.12.2013
1642
Şou-biznes əhlinin yeni il gecəsi qazanacağı qonorarın məbləğini müəyyənləşdirib.
Sorğu nəticəsində bəlli oldu ki, sənətçilər bayram günü yarım saatlıq çıxış üçün 1000-5000 manat arasında pul tələb edir.Müğənni Nadir Qafarzadə - Yeni il gecəsi yarım saatlıq çıxış üçün 3 min manat qonorar müəyyənləşdirib. Müğənni hələ ki, beş restoranla razılaşıb. Həmin gecə ümumilikdə 15 min manat qazanc əldə edəcək.Xalq artisti Səməd Səmədov – Qonorarını yarım saat üçün 1500 manat təyin edib. Ümumilikdə isə 5 restorandan gələn təklifi qəbul edib. Xalq artisti bayram gecəsi 7500 manat qazanacaq.Əməkdar artist Manana – yarım saat üçün 4000 manat qonorar alacaq. Müğənni beş restoranla anlaşıb. Ümumilikdə 20 min manat gəlir əldə edəcək.Əməkdar artist Elza Seyidcahan - 3 min manat qonorar təyin edib. Müğənni hələ ki, neçə restoranda çıxış edəcəyini dəqiqləşdirməyib. İndiyədək beş restorandan təklif alıb.Müğənni Samir Piriyev – Bayram gecəsi Qubadakı istirahət mərkəzlərindən birində səhnəyə çıxacaq. Sənətçi bir saat üçün 5 min qonorar alacaq.Əməkdar artist Eyyub Yaqubov – Yarım saat üçün 4 min manat alacaq. Ümumilikdə 4 restoranda çıxış edəcək.Skripkaçı Ceyhun – Yeni il günü İstanbulda səhnəyə çıxacaq. Sənətçi qonorarını gizli saxlayır.Əməkdar artist Nüşabə Ələsgərli – Yeni il gecəsi şou-proqramlarda iştirak etmək üçün yarım saata 2 mindən çox qonorar tələb edib.Müğənni Sevil və Sevinc – Əkiz bacılar Yeni il gecəsi Naxçıvanda özəl məkanlardan birində çıxış edəcək. 1 saatlıq səhnə üçün onlar 8 mindən 10 min manata qədər qonorar alacaqlar. Məkan sahibləri ifaçıların başqa bir məkanda çıxışına icazə verməyib.Müğənni Elçin Cəfərov – yarım saatlıq çıxış üçün 5 min manat qonorar tələb edib. İndiyədək o, beş məkanla razılaşıb. Müğənninin qazanacağı məbləğ 25 min manatdır.Müğənni Zamiq Hüseynov – Yeni il gecəsi 3 min manata səhnəyə çıxacaq. Sənətçi altı restorandan gələn təklifi qəbul edib. O, cəmi 18 min manat qazanacaq.Müğənni Sevda Yahyayeva – Bayram günü 4 min manat qonorar tələb edib. Hazırda o, 4 restoranla razılaşıb. Beləcə, Sevdanın 16 min manat gəliri olacaq.Meyxanaçı Namiq Qaraçuxurlu – yarım saat üçün 2500 manat qiymət qoyub. Amma sənətçi hələ ki, təklifləri qəbul etmir. O, Yeni ili Çində qarşılamağı planlaşdırır.Müğənni Röya – "Marriot Absheron Baku" otelində çıxış edəcək sənətçi hər zamankı qonorarının ikiqat artığını alacaq.Müğənni Əbdül Xalid – Yeni il gecəsi yarım saatlıq çıxış üçün min manat qonorar tələb edir. Həmin gün sənətçi beş-altı restoranda çıxış edəcək.Müğənni Niyam Səlami – yarım saat üçün 2 min manat alacaq. Müğənni həmin gecə dörd-beş tədbirdə sevilən mahnılarını səsləndirəcək.Yeni il gecəsi şou proqramlarda iştirak etməyəcək müğənnilər də var.Müğənni Könül Kərimova – Yeni ili ailəmlə keçirəcəyəm.Müğənni İlhamə Qasımova – Hələ ki, heç bir təklifi qəbul etmirəm. Həmin gün 20 min manat qazanacağımı bilsəm, razılıq verərəm. Əgər az olsa, bayramı ölkə kənarında qeyd etməyi düşünürəm.Müğənni Eldar Qasımov – Təkliflər gəlir, amma qəbul edib-etməyəcəyimi dəqiq bilmirəm. İstənilən halda saat 00:00-da ailəmin yanında olacağam.Əməkdar artist Tünzalə Əliyeva – 8 ildir Yeni ili səhnədə qarşılayıram. Bu il heç bir təklifi qəbul etmədim, ailəmlə birlikdə olacağam.Xalq artisti Nazpəri Dostəliyeva – Heç bir şou proqramda yer almayacaq.Əməkdar artist Cavanşir Məmmədov – Yeni ili ailəmlə qeyd edəcəyəm.Müğənni Ayan Babakişiyeva – Heç vaxt şou proqramlarda çıxış etmirəm. Yeni ildə də sevdiklərimlə birlikdə olacağam.Müğənni Elvin Abdullayev – Hər il bayram günü şou proqrama gedirdim. Bu il heç bir dəvəti qəbul etmədim. Ailəmlə, sevdiklərimlə birlikdə qeyd edəcəyik.axsam.az
OXŞAR XƏBƏRLƏR