"Şou-biznesdə əsil dost yoxdur. Əvvəl buna inanmırdım, amma indi gördüm ki, bu həqiqətdir".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Manaf Ağayev deyib.
"Günə uğurla" verilişində qonaq olan sənətçi bəzi aparıcıların bilərək qalmaqal yaradaraq sənətçiləri qalmaqala çəkdiyini deyib:
"Bu sənətdə elə adam var ki, səhv ola-ola qalib olmaq istəyir. Ona görə indi anlayıram ki, dost yoxdur. Amma əvvəllər əsl dostluqlar elə sənətçilər arasında idi. 40 illik münasibətlər var idi. İndi 6 ay dost olurlar, küsən kimi bir-birinin bütün pis işlərini açıqb tökürlər ortaya.
İndi şou-biznes yiyəsiz qalıb, hər şey uşaq-muşağın əlindədir. O vaxtı sənətkarın sözü keçərdi. Məmmədbağırla bir qapıya gedərdin, orada sənətkara hörmət var idi deyə küsülülüklər bitərdi. İndi müğənnini sayan var? Artıq oxumaq heç kimə lazım deyil. Burda əsas günah da aparıcılardadır. Lazımsız suallar verib qalmaqal yaradırlar".
Aysel










































