‘Şou-biznesdə gey olmayan kişi müğənnilərin sayı o qədər azdır ki…’ - MÜSAHİBƏ + FOTOLAR

MAQAZİN
14:48 05.05.2015
25144

“Dost Taksi” (*3311) şirkətinin baş sponsorluğu ilə start verdiyimiz “Məşhurlar Taksidə” adlı yeni layihəmizin ilk qonağı qalmaqalları ilə ad çıxaran prodüser Təranə Səmədovadır. Təranə ilə söhbətimiz elə “Dost Taksi”nin təmiz və konfortlu taksisində baş tutdu. Sürücümüzün gəlişi ilə taksiyə əyləşib, Bakı küçələrini gəzmək üçün yola çıxdıq. Və dostumla maraqlı söhbətə başladıq:

- Prodüser Təranə dedikdə tanınırsan, yoxsa özünü ətraflı təqdim etməyə ehtiyac var?

Əvvəllər insanların gözündə prodüser Təranə dedikdə hər kəs məni qalmaqallı Təranə kimi yada salırdı. Ancaq məni şəxsən tanıyanlar bilir ki, xarakterim bu cür deyil. Son 3-4 ildir ki, artıq prodüser Təranə Səmədova kimi tanınıram.

- İşlədiyin müğənnilərlə qısa zaman sonra yollarını ayırırsan. Tez-tez müğənni dəyişməyinə səbəb nədir?

Doğrudur, bir müğənni ilə bir yerdə uzun müddət çalışdığım demək olar ki olmayıb. Ancaq kim istəməz ki, uzun müddət çalışsın? Mən də çalışdığım sənətçi ilə uzun illər iş birliyində olmaq istəyərəm. Ancaq bir çox hallarda heç bir tərəf öz kaprizlərini bir kənara qoya bilmir və nəticədə ayrılmaq məcburiyyətində qalırsan.

- Müğənnilərlə iş birliyi qurarkən ən çox problem nədən yaranır?

İlk növbədə səbirsizlik. Daha sonra dediklərimə qulaq asmadıqda, özbaşınalıq olduqda. Çoxları düşünür ki, aralarında yəqin pul məsələsi olub. Ancaq elə deyil. Pul da vacibdir, ancaq sənətdən vacib deyil.

- Hazırda hansı müğənni ilə çalışırsan?

Gənc və gələcəyinə böyük güvəndiyim Boris Bayramovla çalışıram. Çox istedadlı, yaraşıqlı, səhnəyə yaraşan bir müğənnidir. Mən düşünürəm ki, hazırda səhnəmizin Boris kimi kişi bir müğənniyə ehtiyyacı var. Borislə yanaşı yeni olaraq, Şəbnəm Əsədova (Tovuzlu) ilə də iş birliyim var.

- Rəqsanə ilə yaşadığınız qalmqallı ayrılıqdan sonra növbəti dəfə Günay İbrahimli ilə işlədiniz. Bir müddət sonra onunla da problemlər yaşayaraq ayrıldınız. Aranızda nə baş vermişdi?

Çox yaxşı iş birliyimiz vardı. Birdən-birə dayanması isə söz-söhbətlərə səbəb oldu. Mən Günaydan küsmüşdüm. Buna da səbəb bu qədər əziyyətlərim olmasına baxmayaraq, Günay məni yarı yolda qoyaraq özü tək davam etmək qərarına gəlməsi idi. Bu da mənim xətrimə dəydi. Ancaq artıq bunun üzərindən çox keçib. Küsülü deyilik. Münasibət yaxşıdır.

- Cəmiyyətimizdə belə bir fikir var ki, şou-biznesə gələn kişi müğənnilərin çoxu cinsi azlığın nümayəndələridir. Qadın müğənnilər arasında da biseksuallar var. Bu cameənin içində olan birisi kimi sözügedən iddiaların doğruluğunu təsdiqləyə bilərsinizmi?

Xanım müğənnilər haqqında səsləndirilən bu iddia ilə razı deyiləm. Əgər varsada çox azdır. Ancaq kişi müğənnilər arasında cinsi azlıqlar çoxluq təşkil edir. Yəni əsl kişi müğənnilərin adını sadalasam, barmaqlarım buna yetər. Çox azdır.

- Günay İbrahimli ilə də bağlı bu iddia var idi. Hətda ikinizin cinsi azlığın nümayəndəsi olduğunuz deyilirdi.

Bu əsasən Günayın adı ilə bağlı gündəmə gəlmişdi. Buna da səbəb ona maddi yardım göstərən insanın xanım olması idi. Mənimlə Günayın iş birliyinə son qoyulduqda isə söz tapmadılar danışmağa, bu mövzunu işıqlandırdılar.Guya ki, biz sevgili olmuşuq.

- Məndə olan məlumata görə, idman müəlliminlə eşq yaşayırsan. Bu iddia nə dərəcə doğrudur?

Biz sadəcə dost olmuşuq. Çox yaxın dost. Sadəcə indi danışmırıq. Buna da səbəb mən olmuşam. Xətrinə dəymişəm. Bir az naz etmək istədim. O da mənə baha başa gəldi (gülür).

- Şou-biznesdə prodüser təhsili alan kimsə var?

Yox. Mən özüm də iqtisadçıyam. Hərə bir sahəni bitirib. Ancaq özüm istəmişəm bu sahədə təhsil alım. Alınmayıb.

- Özünə rəqib kimi görürsən?

İşlərini bəyəndiyim çox həmkarım var. Ancaq şüphəsiz ki, şou-biznesin ən yaxşı prodüseri Tolikdir. Düzdür, o özünə heç kəsi rəqib görmür (gülür). Ancaq mənim də bir rəqibim varsa, o da məhz Tolikdir.

- Üzərində zəhmətin olduğu ancaq bu günə qədər də bu əziyyəti yerə vurmayan kimsə varmı?

Günay İbrahimli. Hardasa adım çəkildikdə, o insan bunu danmır.

- Elə bir müğənni varmı ki, hər zaman onunla çalışmaq istəmisən?

Bu əslində bir ənənədir. Hər bir prodüserin uğurlu bir müğənnisi var. Tolikin Röya, Zorikin Natavan, mənim də Günay İbrahimli. Amma həqiqətən çox istərəm ki, yeni bir iş birliyim o qədər uğurlu olsun ki, Günayla olan kölgədə qalsın.

- Yaxın zamanlarda Məşəd ziyarətindən qayıtdın. Allah qəbul eləsin. Bundan sonra özünə hansı qadağaları qoyacaqsan?

Geyimlərimdə elə də bir ehtiyyac görmürəm. Çünki o qədər də açıq geyinən birisi deyiləm. İçki məclislərinə gedəcəm. Məcburam. Sadəcə işimlə əlaqədar olaraq həmin məclisdə olacam. Yalnız bir şey üçün pis oluram ki, başımı bağlaya bilməyəcəm.

- Son olaraq bu “Dost Taksi”nin (*3311) taksi xidmətindən istifadə edib sənin gələcəyin ünvana yetişdik. Bu kiçik səfərimizi necə qiymətləndirirsən?

Çox rahat və konfortlu avtomobilləri var. Sürücümüz də sağolsun ki, heç bir təhlükə hiss etdirmədən bizi ünvanımıza sağ-salamat çatdırdı. Və xüsusi endirim kartlarının müştərilərə verilməsi də çox gözəl bir kompaniyadır. Başda siz olmaqla bu şirkətin bütün əməkdaşlarına təşəkkürlər.

Ozal İbrahimli

Fotalar: Söhrab Əsədov 

OXŞAR XƏBƏRLƏR