Şou-biznesdə müğənni və jurnalist xoşbəxtliyi...i

Şou-biznesdə müğənni və jurnalist xoşbəxtliyi...i
ŞOU-BİZNES
17:43 13.09.2011
1648
Mehrim və Cavanşir Babəlioğlu yenidən birləşdilər. ANS PRESS-in məlumatına görə, 2007-ci ildən əl-ələ verib duet oxuyaraq şou-biznesə qədəm qoyan bu cütlük 4 illik fasilədən sonra yenidən duet yazdırıblar. Jurnalist, bəstəçi və müğənni Cavanşir Babəlioğlu və öz fərqli ifası ilə seçilən müğənni Mehrimin yeni duetləri "Xoşbəxtəm səninlə" adlanır. Mahnının sözləri Cavanşirin özünə, musiqisi Valeh Əhmədə aiddir. Mahnını Elvin Musayev oranjiman edib.

Hal-hazırda Bakıda olmayan cütlük yeni layihə üzərində çalışmaq üçün başqa şəhərdədirlər. Duet ortaqları harada olduqları, yəni hansı ölkədə, hansı şəhərdə olduqlarını gizli saxlamağımızı istədilər. Deyəsən, Mehrimlə Cavanşirin tamaşaçılara sürprizi var.

OXŞAR XƏBƏRLƏR