"Şou-biznesə gələn insan toy mahnısı oxumamalıdır. O sənətini şou şəklində tamaşaçıya göstərməlidir".
AZXEBER.COM xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli deyib.
Səfərli "Gün ortası" verilişinə verdiyi müsahibədə şou-biznesdəki insanları səmimiyyətsiz adlandırıb:
"Şou-biznesə gələn insan toy mahnısı ifa etməməlidir. O sənətini şou şəklində tamaşaçıya göstərməlidir. O məcbur qalıb toy mahnıları oxumamalıdır. Çünki şou-biznes səhnədədir, toyxanada yox. Bəy və gəlinə mahnı yazıb, onu da çıxıb efirdə təqdim edirlərsə bu toy biznesidir.
Şou-biznesdə səmimiyyət olsa, o artıq şou olmaz. Naşı vaxtlarımda belə insanlarla dalaşardım, amma indi onları özümdən məhrum edirəm. Mən düşünən beyinəm, buna görə də onlardan öndəyəm. Arxamca kim gəlirsə, xoş gəlir. Aşkara edilən tənqidi heç vaxt qəbul etmirəm. Mənim yaxşılığımı istəyən adam bunu mənə deyər. Aşkara yazırsansa, reklam istəyirsən, gözləyirsən ki, bunu saytlar xəbər kimi yazsın. Bunu edənlər də boş insanlardır".
Aysel











































