"Şou-biznesdən kənar kişi ilə şəkil çəkdirmirəm" - Sevda

"Şou-biznesdən kənar kişi ilə şəkil çəkdirmirəm" - Sevda
MAQAZİN
11:08 10.07.2019
4016
Müğənni Sevda Sanəliyeva heç bir kişi ilə şəkil çəkdirmədiyini söyləyib.

Sənətçi bu haqda "Bir axşam" verilişində danışıb. O bildirib ki, ancaq şou-biznesdə olan kişilərlə foto çəkdirməyə razılıq verir:

"Şou-biznesdən kənarda olan kişilərlə şəkil çəkdirməyi özümə qadağan etmişəm. Prinsip məsələsidir, çəkdirmirəm. Xanımlar, uşaqlarla foto çəkdirirəm, bu olar. Mən yalnız sənət dostlarımla şəkil çəkdirə bilərəm".

Sevda daha sonra "Mənim üçün pul, var-dövlət çox da vacib deyil. Amma indi səndən əvvəl əlindəki telefonuna, sürdüyün maşına, əynindəki geyimə baxırlar. İnsanlar üçün bu daha önəmlidir" sözlərini əlavə edib.
 
//Axşam.az
OXŞAR XƏBƏRLƏR