"Şou göstərməyinin vaxtıdır!”

"Şou göstərməyinin vaxtıdır!”
İDMAN
20:32 21.03.2021
499
AFFA və Avro-2020-nin könüllülər proqramı tərəfindən "Dribling show” layihəsinə start verilir. "Şou göstərməyinin vaxtıdır!” şüarı altında keçiriləcək layihədə son qeydiyyat tarixi 31 martdır.
 
Yarışda AFFA və Avro-2020-nin könüllüləri ilə yanaşı Azərbaycan Könüllü Təşkilatları İttifaqının könüllüləri də iştirak edir.
 
Yarışın şərtləri:
 
1. Top ilə sevdiyiniz hərəkətinizi 3 fərqli istiqamətdən video ilə qeydə alın  [email protected] email ünvanına və ya +994774640255 "whatsapp” nömrəsinə göndərin.
 
2. Videolarınız münsiflər heyəti tərəfindən analiz edilərək ən uğurlu və baxımlı videoların sahibləri ilə əlaqə saxlanılacaq və 2-ci mərhələyə keçid ediləcək.
 
3. Sonda ən uğurlu 3 könüllü Bakı Olimpiya Stadionuna dəvət olunacaq, ulduz qonaqla birgə həmin hərəkət təkrarlanacaq və sonda qalib hədiyyə, sertifikatlarla mükafatlandırılacaq.
OXŞAR XƏBƏRLƏR