‘Sovet dövründə Eldar Namazov kimilərə ‘sezonşiklər’ deyirdilər’ - Əli Əliyev

‘Sovet dövründə Eldar Namazov kimilərə ‘sezonşiklər’ deyirdilər’ -  Əli Əliyev
SİYASƏT
11:52 30.04.2013
2551

«O, seçkidən seçkiyə fəallaşır, sonra böyük fasilə götürür, daha sonra yenidən siyasətə qayıdır»

«Eldar Namazov seçkidən seçkiyə fəallaşır, sonra böyük fasilə götürür, daha sonra yenidən siyasətə qayıdır».

AZXEBER.COM-un məlumatına görə, bunu Trend-ə müsahibəsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. «Siyasətçilər müxtəlifdir. Azərbaycanda mövsümi siyasətçilər də var. Sovet dövründə onlara "sezonşiklər" deyirdilər. Bazar məsələsi ortaya gələn kimi onlar ortaya çıxır, nəsə ortadan götürürlər, sonra aradan çıxır, iki-üç il istirahət edir, yenidən qayıdırlar, özlərinə də siyasətçi deyirlər. Bu adamlar hamısı təcrübəli adamlardır, əgər qollarını çırmalayıb ortaya girişiblərsə, deməli, onlar nəyəsə ümid edirlər və xüsusən, mənim onların arasında tanıdığım adamlar var ki, onlar pulsuz işləmirlər. Lazım gələndə adlarını da çəkəcəyəm», - partiya sədri bildirib. Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizəd olacağı ilə bağlı məlumatlara toxunan Əli Əliyev deyib ki, Rüstəm İbrahimbəyov bu gün dünyada ən çox tanınmış azərbaycanlılardan biridir: «Mən Rüstəm İbrahimbəyovun Azərbaycan xalqını kinorejisssor qiyafəsində tanıtmasından fəxr duyuram. Rüstəm İbrahimbəyov kimi dünya şöhrətli azərbaycanlıların sayı o qədər çox deyil. Bu, mənim ona bir kinodramaturq kimi birmənalı münasibətimdir. Amma siyasətçi Rüstəm İbrahimbəyov mənə bir az şəxsi qisas alan insan təəssüratı bağışlayır. Əvvəllər Rüstəm İbrahimbəyov susurdu, amma indi qolların çırmalayıb, siyasi proseslərə qoşulub. Lakin ölkə hakimiyyətinin dəyişməsində rol almaq kimi bir ssenari formalaşdırmaq, Milli Şura kimi bir siyasi layihənin müəllifi olmaq siyasi ambisiyasızlıqdan xəbər vermir, əksinə, kifayət qədər siyasi ambisiyalıdır. Ancaq əgər Rüstəm İbrahimbəyov "Milyaderlər İttifaqı"nın Azərbaycan üzrə koordinatoru olmaqla siyasətə qoşulub ambissiya ortaya qoyacaqsa, ilk növbədə bizim partiyanı öz qarşısında görəcək. "Milyaderlər İttifaqı"nı Rusiya rəhbərliyi yaradıb, Rusiya rəhbərliyi də Azərbaycanın dövlət müstəqilliyinə təhdidlə məşğuldur. Mənim Rusiya xalqına da, Rusiya Federasiyasına da böyük hörmətim var, Rusiyanı Azərbaycanın ən yaxın qonşularından biri sayıram, Rusiya ilə əlaqələrin dərinləşməsinin tərəfdarıyam. Ancaq bu, Azərbaycanın dövət müstəqilliyinə, siyasətinə təsir etməyən sərhəddə olmalıdır. Burada şəxsi hayıflarını almaq xatirinə Azərbaycan dövlətçiliyini siyasi qumara çıxarmağa heç kəsə ixtiyar verilməyib və o arzuda olanlar da milli qüvvələrin cavabını alacaqlar».

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb