"Sovetin vaxtında müəllimlər şagirdləri döyürdülər, indi belə hallar yoxdur" - Deputat

"Sovetin vaxtında müəllimlər şagirdləri döyürdülər, indi belə hallar yoxdur" - Deputat
SOSİAL
14:38 11.10.2022
388
"Bizim zamanımızda da məktəblərdə döyülmə halları var idi. Yadımdadır ki, bizim özümüz də məktəbdə dalaşırdıq, kiminsə burnu qanayırdı, kimsə yüngül zədələr alırdı. Mən oxuduğum zaman Sovetin vaxtına düşür, o zamanlar müəllimlər də şagirdləri döyürdülər. Şillə də vururdular, başına yumruq da vururdular. İndi Allaha çox şükürlər olsun ki, belə məsələlər yoxdur”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev son zamanlar məktəblərdə baş verən xoşagəlməz hallara münasibət bildirərkən deyib.

O, qeyd edib ki, bunların hamısını məktəblərin və məktəb rəhbərlərinin üstünə yıxmaq da doğru deyil:

"Amma indi məktəblərdə bullinq dediyimiz qısnama, hədə-qorxu gəlmə, zəifləri incitmə meylləri var. Bunların hamısını məktəblərin və məktəb rəhbərlərinin üstünə yıxmaq da doğru deyil. Hər bir uşağın başına bir gözətçi taxmaq da mümkün görünmür. Əsasən, bu cür halların qarşısının alınması üçün valideynlərlə övladları arasında düzgün təmas qurulmalıdır. Baxın, o sonuncu döyülən uşaq əgər evlərində desəydi ki, məni məktəbdə incidən bir uşaq var, mənimlə dava etmək istəyir, nə vaxtsa məni döyəcək və s. Bəlkə də onun valideynləri vaxtında gəlib bu barədə məktəbi xəbərdar edərdilər. Bundan sonra isə baş verən hadisəyə görə məktəb məsuliyyət daşıya bilərdi”.

Deputat qeyd edib ki, müəllimlər şagirdlərin davranışları ilə bağlı mütəmadi məlumat verməlidirlər:

"Məncə, valideynlərə övladları arasında bu məsələlərdə açıq söhbət olmalıdır. Valideyn bilməlidir ki, məktəbdə onun uşağı necə oxuyur, özünü necə aparır, davranışları necədir. Müəllimləri ilə müntəzəm olaraq görüşüb söhbət etməlidir, məlumat almalıdır. Bundan əlavə, bəs müəllimlərin və məktəb rəhbərliyinin məsuliyyətləri nədən ibarətdir? Məktəbdəki hər bir uşağın xasiyyəti, özünü aparması barədə təbii ki, onlarda ciddi məlumatlar olur. Çünki hər gün o uşaqlara dərs deyirlər, onlarla oturub-dururlar. Sözügedən uşaqları da bilirlərsə, bu barədə valideyni məlumatlandırmalıdırlar. Mütləq şəkildə onları bu məsələdə məsuliyyət daşımağa vadar etməlidirlər. Əgər onlar bununla bağlı zamanında məlumat vermirsə, o zaman dərsdə olan müəllim də, müəllimə də, məktəb rəhbərliyi də artıq müəyyən məsuliyyət daşıma olacaq”.

"Çünki valideyn uşağını məktəbə sağ-salamat göndərir, sağ-salamat da geri almaq istəyir. Uşağını müəyyən müddətə məktəbə verir, özü arxayın evdə oturduğu zaman isə övladı məktəbdə zədə alır, təhqirə, döyülməyə məruz qalır. Bu baxımdan məktəbdə müəllimlər uşağına olan münasibəti, davranışlarını öyrənib zamanında məktəb rəhbərliyinə məlumat verməlidir. Valideynlər də övladları ilə təmas yaratmalıdır ki, nəsə olanda gəlib valideynə məlumat versinlər”, - deyə deputat əlavə edib.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir