‘Sovetski’də kütləvi söküntülər başladı - FOTOLAR

‘Sovetski’də kütləvi söküntülər başladı - FOTOLAR
SİYASƏT
13:07 30.07.2014
1632

"Sovetski"də verilən kompensasiya ilə razı olan vətəndaşların evlərinin söküntüsünə başlanılıb. "Yeni Müsavat"ın məlumatına görə, artıq Abdulla Şaiq və Əli bəy Hüseynzadə küçəsindəki evlərin bir çoxu hasarlanaraq sökülüb. Sakinlərdən verilən məlumata görə, söküntü işlərinə Yasamal Rayon İcra Hakimiyyəti nəzarət edir. Sözügedən küçədə yaşayan sakinlər qeyd edirlər ki, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri qapı-qapı gəzərək sakinlərlə danışıqlar aparır. Çünki ərazi ayrı-ayrı tikinti şirkətinə satıldığından onlar icra hakimiyyətini sıxışdırmağa başlayıblar. Elə bu səbəbdən kompensasiya ilə razılaşan sakinlərin evləri dərhal uçurulur. Balababa Məcidov küçəsində evlərinin kvadratı az olan sakinlər isə bildirdilər ki, hökumətin onlara ayrıca bina tikib, mənzil verəcəyinə heç də inanmırlar. Onların sözlərinə görə, bir müddət əvvəl "Sovetski" sakinləri üçün Gəncə prospektində 810 mənzilli 16 mərtəbəli doqquz binanın tikiləcəyi deyilib. “DES Kosaltinq” şirkəti bu məqsədlə sakinlərdən pul da alıb. Amma sonradan Bakı Şəhər Prokurorluğunun apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, şirkət dələduzluqla məşğul olur.  Yasamal Rayonu İcra Hakimiyyətinin yaydığı ən son məlumata görə, “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 2100-ə çatıb. İndiyədək 3480 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işləri aparılıb, 1575 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb. Artıq 1452 əmlak sahibinin bank hesabına vəsait köçürülüb, söküntü ərazisinə düşən 726 yaşayış və qeyri yaşayış sahəsi isə sökülüb. Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış köçürmə komissiyanın sədri Səməd İslamov bildirib ki, hazırda köç davam edir, komissiyaya müraciətlər daxil olur: “İlkin mərhələdə nəzərdə tutduğumuz yəni, inventarlaşma və ölçü işləri aparılmış yaşayış və qeyri-yaşayış sahələrinə nisbətdə bu gün əldə etdiyimiz razılaşma protokolları 47 faizdir. Yəni, hansı ünvanlarda ki, biz ölçü və inventarlaşma işləri aparmışıq, həmin mənzillərin və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinin 46-47 faizi artıq razılaşma protokolunu imzalayıblar. Bütün bunlar komissiyanın məqsədyönlü işlərinin, proseslərin şəffaflığı və vətəndaşların birbaşa iştirakı ilə ölçü, qiymətləndirmə işlərinin aparılmasının nəticəsidir. Biz bu gün artıq görürük ki, işlərimizin nəticəsi çox müsbətdir”. Məlumat üçün bildirək ki, “Sovetski” də söküləcək evlər Bəşir Səfəroğlu, Çingiz Mustafayev, Vidadi, Mirzağa Əliyev küçəsi (qalan evlər), Murtuza Muxtarov, Abdulla Şaiq, Zərgərpalan küçələrində yerləşir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunan plana görə, sökülən evlərin yerində hansısa bir yaşayış binası və ya obyekt tikilməyəcək. Evlər ərazidə salınacaq parka görə sökülür. Həm də evlərin bir çoxu köhnə və yöndəmsiz olmaqla yanaşı qəzalı vəziyyətdədir. Amma görünən mənzərə tamam başqadır. Söküləcək məhəllələr indidən ayrı-ayrı tikinti şirkətinə satılıb. Balababa Məcidov küçəsində sökülən evlərin yerində hündür mərtəbəli yaşayış binası tikilir. Sözügedən ərazinin bir hissəsi həmçinin hökumətin təqdim etdiyi park layihəsinə düşür. Belə olan halda bu tikintiyə kimlərin icazə verməsi sual doğurur. Sonda qeyd edək ki, hökumətin “Sovetski” ilə bağlı qərarı hələ də dəyişməz qalır. Bu ilin fevralında Yasamal Rayon İcra Hakimiyyətində təşkilat komitəsinin üzvləri ilə görüşdə baş nazir müavini Abid Şərifov bildirib ki, məcburi qaydada köçürülmə olmayacaq: “Allah eləməmiş, bir qəza baş versə, bu insanların axırı necə olacaq? Keçməyə yol belə, yoxdur. Biz də yol infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə bu addımı atırıq. Kim istəyir, köçsün, kim istəmir, sağlıqla yaşasın”. A.Şərifov onu da bildirmişdi ki, satın alınması nəzərdə tutulan evlərin bir hissəsinin “kupça”larının olmamasına baxmayaraq, sakinlərin orada uzun müddət yaşaması və mərkəzə yaxınlığı nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə tapşırıq verilib.  Xatırladaq ki, ərazinin baş planın hazırlanması üçün bir ay vaxt qoyulmuşdu. O vaxt bildirilmişdi ki, sakinlərdən kim 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi ilə razıdırsa, həmin vəsaiti alaraq, köçə bilər. Hər ailə başına iki aylıq 1000 manat məbləğində kirayə haqqı, ev əşyalarının daşınması üçün isə 400 manat veriləcək. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məşhur şoumen 21 yaşlı fenomenlə sevgildir?
16:44 09.06.2026
Məşhur şoumen 21 yaşlı fenomenlə sevgildir?
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir