Fransanın Nant şəhərində yaşayan soydaşlarımız Azərbaycanın Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi münasibətilə avtoyürüş təşkil ediblər.
AZXEBER.COM xəbər verir ki, yürüşdə onlarla azərbaycanlı iştirak edib, üzərində Azərbaycan və Türkiyə bayraqları olan avtomobil karvanı şəhərin küçələrini dolaşıb.
Daha sonra tədbir iştirakçıları "Qarabağ Azərbaycandır!” şüarı səsləndirib, həmrəylik və birlik rəqsi olan "Yallı” gediblər.