Şoyqu: 2 saatlıq döyüşdə Ukrayna 30 tank, 11 PDM və 350-yə yaxın hərbçi itirib

Şoyqu: 2 saatlıq döyüşdə Ukrayna 30 tank, 11 PDM və 350-yə yaxın hərbçi itirib
DÜNYA
20:10 08.06.2023
241
Rusiya müdafiə naziri Sergey Şoyqu Ukrayna tərəfinin ötən gecə verdiyi hərbi itkiləri açıqlayıb.

Şoyqunun sözlərinə görə, iki saatlıq döyüş nəticəsində Ukrayna itkiləri 30 tank, 11 piyada döyüş maşını, 350 nəfərə şəxsi heyət olub.

Şoyqu bildirib ki, Ukraynanın əks-hücumun üçün xüsusi hazırlanmış ehtiyat qüvvələri öz tapşırıqlarını yerinə yetirməyib:

"Ümumilikdə son sutka ərzində Ukraynanın itkiləri 945 nəfər, 33 tank, 28 piyada döyüş maşını, 38 zirehli döyüş maşını, 3 özüyeriyən "Krab”qurğusu olub”.
 
///APA
OXŞAR XƏBƏRLƏR