Şoyqu və Karapetyan sərhəddəki vəziyyəti müzakirə ediblər

Şoyqu və Karapetyan sərhəddəki vəziyyəti müzakirə ediblər
DÜNYA
10:30 12.10.2021
273
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada erməni həmkarı Arşak Karapetyanla görüşüb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlığı, Ermənistan sərhədindəki vəziyyəti və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Ermənistanın müdafiə naziri Arşak Karapetyan sonuncu dəfə bu ilin avqustunda Rusiyaya səfər edərək "Ordu-2021" hərbi sənaye sərgisinin açılışında və Beynəlxalq Ordu Oyunlarında iştirak edib.
OXŞAR XƏBƏRLƏR