Soyuducuya görə dostunu 13 yerindən bıçaqladı

Soyuducuya görə dostunu 13 yerindən bıçaqladı
12:49 26.03.2013
1079

Türkiyədə eyni evdə qalan 19 və 20 yaşlı tələbələr arasındakı mübahisə ölümlə nəticələnib. AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 2 gənc evdəki soyuducunun satışına görə əlbəyaxa olublar. Mübahisənin sonu gənclərdən birinin 13 yerindən bıçaqlanması ilə nəticələnib. Hadisə yerinə gələn təcili tibbi yardımın səylərinə baxmayaraq, bıçaqlanan gənci xilas etmək mümkün olmayıb. Cinayəti törədən digər gənc isə polis tərəfindən nəzarətə götürülüb.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR