Bu dəfə etiraz edənlər velosipedçilərdir.
AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Londonda yüzlərlə çılpaq velosipedçi ətraf mühitin çirklənməsinə etiraz əlaməti olaraq, soyunub etiraz yürüşünə çıxıblar.Özləri ilə daşıdıqları plakatlarda ətraf mühitin və ekologiyanın çirkliliyinə etirazlarını ifadə edən mitinqçilər qazdan daha az istifadə edilməsinə diqqət çəkiblər. İngiltərənin hər yerindən yüzlərlə velosipedçi çılpaq və yarıçılpaq halda Londondakı Marble Arch-a axışıblar.Mitinqçilərin hamısı internetdə xəbərləşərək, görüşüblər və velosipedlərinə minərək yürüşə başlayıblar. Mitinqçilərin hər yaşdan olması isə diqqətdən yayınmayıb.