"Soyuqdan donuruq" - Alim Qasımov

"Soyuqdan donuruq" - Alim Qasımov
ŞOU-BİZNES
12:47 03.02.2014
1237
Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımov narazıdır.
Sənətçi Gün.Az-a açıqlamasında bildirib ki, yaşadığı Güzdək qəsəbəsində xeyli vaxtdır ki, ciddi elektrik problemləri yaşanır.
“Evin içində soyuqdan donuruq. Normal elektrik vermirlər. Başımız xarab olub artıq əsəbdən... Artıq xeyli vaxtdır ki, vəziyyət belədir. Yəni hava şəraitinin kəskin dəyişməsindən əvvəl belə idi.
İşığı demək olar ki, fasilələrlə verirlər. Yarım saat yanır, sonra yenə sönür. Mən özüm hələ ki, heç bir yerə müraciət etməmişəm. Evi qaz sobası ilə isindirməyə çalışırıq. Amma evin içində ailə-uşaqlarım donur”.
A.Qasımov onu da əlavə edib ki, məsələ ilə bağlı hələ heç bir aidiyyatı quruma müraciət etməyib.
OXŞAR XƏBƏRLƏR