Soyuqdəymə ilə allergiya arasındakı 4 FƏRQ

Soyuqdəymə ilə allergiya arasındakı  4 FƏRQ
SOSİAL
01:35 18.03.2026
112
Allergiya mövsümünün başladığını ən çox həkimə müraciətlərin artması göstərir. Xüsusilə isti və quru hava şəraiti allergik reaksiyaları gücləndirərək həssas şəxslərin vəziyyətini daha da ağırlaşdıra bilər.

AZXEBER.COM xəbər verir ki, allerqoloq-immunoloq, tibb elmləri doktoru Pavel Berejanski allergiya ilə mövsümi virus infeksiyası (QRVİ) arasındakı əsas fərqləri açıqlayıb.

Mütəxəssisin fikrincə, allergiyanı QRVİ-dən ayıran əsas əlamətlər bunlardır:

Temperaturun olmaması

Allergiya zamanı qızdırma müşahidə edilmir. Eyni zamanda halsızlıq, bədən ağrıları və baş ağrısı kimi ümumi zəiflik əlamətləri də adətən olmur.

Davametmə müddəti

QRVİ əksər hallarda 5–7 gün ərzində keçib gedir, nadir hallarda 10–14 günə qədər uzana bilər. Allergik əlamətlər isə səbəb aradan qalxmayana qədər uzun müddət davam edir.

Dərmanlara fərqli reaksiya

Standart soyuqdəymə dərmanları təsir etmədikdə allergiya ehtimalı artır. Antihistamin preparatlar isə allergiya zamanı tez effekt göstərir, lakin virus infeksiyalarında fayda vermir.

Simptomların xarakteri

Bitki tozcuqlarına qarşı yaranan allergiya (polinoz) aşağıdakı əlamətlərlə özünü büruzə verir:

burun tutulması və şəffaf axıntı

göz, burun və qulaqlarda qaşınma

tez-tez və ardıcıl asqırma

gözlərin yaşarması

Bu əlamətlər əsasən açıq havada daha güclü hiss olunur, qapalı mühitdə isə zəifləyir. Mütəxəssis tövsiyə edir ki, bu cür simptomlarla qarşılaşan şəxslər özünü müalicə ilə kifayətlənməsin və vaxtında həkimə müraciət etsin.

/Baku.ws
OXŞAR XƏBƏRLƏR