Space TV dünyanın ən qaynar nöqtəsi olan Mosulda - VİDEO

Space TV dünyanın ən qaynar nöqtəsi olan Mosulda - VİDEO
SOSİAL
14:37 14.12.2016
1365
Bugündən etibarən Azərbaycan tamaşaçıları dünyanın ən qaynar nöqtəsi olan İraqın terrorçulardan azad olunmuş şəhərlərini "Space” tv-də ən son və özəl görüntülər vasitəsi ilə izləyə biləcək.
 
AZXEBER.COM xəbər verir ki, "Space” tv-nın Türkiyə üzrə xüsusi müxbiri Vüsalə Abbasova bugün İraqın Ərbil və Mosul şəhərlərində olub, döyüşlərin getdiyi ərazilərdən çəkilişlər edib.
 
Space-nin İraqa ezam olunmuş heyəti hərbi əməliyyatları da lentə alır.
 
Qeyd edək ki, son illər Mosuldan dünyanın bir neçə ən nüfuzlu kütləvi informasiya vasitəsi ancaq epizodik çəkilişlər edə bilib, təhlükəsizlik işləri ilə əlaqədar həmin ərazilərə jurnalistlərin buraxılmasında məhdudiyyətlər var.

 
 
OXŞAR XƏBƏRLƏR