"Space" Televiziyasının əməkdaşı, aktyor Əkbər Əlizadə efir zamanı işdən çıxdığını elan edib.
AZXEBER.COM xəbər verir ki, aktyor bu günə kimi apardığı səhər verilişinin aparıcısı olmaqdan yorulduğunu və dincəlmək istədiyini bildirib. O işindən ayrıldığını elan edib.
Aparıcı bundan sonra efiri gənc aktyor Əlibəy Məmmədlinin aparacağını bildirib.
Qeyd edək ki, aktyor bununla ikinci dəfə "Space"dən istefa verib. O bundan öncə də kanaldan ayrılmış, daha sonra geri qayıtmışdı.











































