SpaceX NASA-nın yeni iqlim müşahidə peykini orbitə buraxıb

SpaceX NASA-nın yeni iqlim müşahidə peykini orbitə buraxıb
DÜNYA
16:13 08.02.2024
140
SpaceX okeanları və atmosferi tədqiq etmək üçün Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) üçün nəzərdə tutulmuş PACE iqlim müşahidə peykini kosmosa göndərib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, NASA-nın ən qabaqcıl iqlim müşahidə peyki olan Plankton, Aerozol və Bulud, Okean Ekosistemi Peyki (PACE) ABŞ-nin Florida ştatındakı Cape Canaveral Kosmik Stansiyasından buraxılıb.

Ən azı 3 il atmosferi və okean biologiyasını araşdırmağı qarşısına məqsəd qoyan PACE hər iki gündən bir aerozol və buludlardan məlumat toplayacaq, atmosferin vəziyyətini, ekosistemləri və okeanlardakı dəyişiklikləri müşahidə edəcək.

Peykdən əldə edilən məlumatların fırtınaları və digər ağır hava hadisələrini proqnozlaşdırmağa, havadakı hissəcikləri və okeanlardakı yosun növlərini aşkar etməyə kömək edəcəyi gözlənilir. 

PACE həmçinin havadakı hissəciklərin bulud birləşmələrinə və planetin istilik balansına necə təsir etdiyini müəyyən etməyə kömək edəcək.

Ayşən
OXŞAR XƏBƏRLƏR