Spirtli içki qadağan edildi

DÜNYA
13:30 24.05.2013
1709

Türkiyədə gecədən səhərə qədər spirtli içki satmaq qadağan olundu.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Millət Məclisinin verdiyi qərara əsasən artıq bundan sonra spirtli içkilərin reklamı və təbliğatına icazə verilməyəcək.Bu yalnız beynəlxalq səviyyədə təqdimatlarda mümkün olacaq.Spirtli içki istehsalı ilə məşğul olan şirkətlərin heç bir halda tədbirlərə öz loqolarını vurmaqla sponsorluq etməsinə də qadağa qoyulub.Bundan başqa televiziya kanallarında spirtli içkilərin reklamının aparılması və görüntülərin yayımı da dayandırılacaq.Qərara əsasən 18 yaşından aşağı olan şəxslərə heç bir halda spirtli içki satılmayacaq və onlar içkilərin istehsalı, satışı və təqdimatında işçi kimi istifadə edilməyəcəklər.Ən əsas qərar isə spirtli içkilərin satışı ilə bağlı olub. Belə ki, artıq Türkiyədə axşam saat 10:00-dan səhər saat 06:00-a qədər spirtli içkilərin satışına qadağa qoyulub.

OXŞAR XƏBƏRLƏR