"Spirtli içkinin təsiri altında idim" - məktəblilərə qarşı əxlaqsızlıq edən şəxs saxlanıldı

"Spirtli içkinin təsiri altında idim" - məktəblilərə qarşı əxlaqsızlıq edən şəxs saxlanıldı
DÜNYA
19:22 22.02.2022
773
Tverdə cinsiyyət orqanını uşaqlara göstərən şəxs həbs edilib.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 12 ildən 20 ilədək həbslə hədələyən xüsusilə ağır maddəsi ilə ittiham olunub. Agentliyin məlumatına görə, bir müddət əvvəl 46 yaşlı kişi yaşayış binasının girişində 11-12 yaşlı üç məktəbli qıza yaxınlaşaraq cinsi orqanını göstərib. Bu barədə evdə olan qızlardan biri atasına danışıb, ata da polisə şikayət edib. Rayon Polis Şöbəsinin əməkdaşları və əməliyyatçılar sakinləri ev-qapı gəzərək evin girişindəki və həyətindəki müşahidə kameralarının qeydlərini öyrəniblər.

Zərərçəkənlərin sözlərindən cinayəti törətdiyi iddia edilən şəxsin görünüşünün təsviri tərtib edilib. Tezliklə məlum olub ki, cinayəti törədən şəxs məktəbli qızlardan birinin qonşusu olub. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Seksual xarakterli zorakılıq hərəkətləri" maddəsi ilə ittiham olunur. Həmin şəxs saxlanılıb, o, hərəkətini spirtli içkinin təsiri ilə izah edib. Polis onun oxşar cinayətlərdə iştirakını araşdırır.
 
///Milli.Az
OXŞAR XƏBƏRLƏR