"Sportinq" Ronaldonu transfer etməkdə israrlıdır

"Sportinq" Ronaldonu transfer etməkdə israrlıdır
İDMAN
19:58 18.08.2022
278
Portuqaliyanın "Sportinq" klubu İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldonun transferi üzərində işi gücləndirib.

Lissabon təmsilçisinin idman direktoru Uqu Viana 37 yaşlı hücumçu və onun nümayəndələri ilə əlaqə saxlayıb.

Direktor Ronaldonu karyerasını "Sportinq"də davam etdirməyə çağırıb. Komandanın cari mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirakı təcrübəli forvardın seçiminə təsir edə bilər.

Qeyd edək ki, Kriştianu Ronaldunun "Mançester Yunayted"lə 2023-cü ilin yayınadək müqaviləsi var. Ronaldo "Sportinq"in yetirməsi olub. O, 1997-2003-cü illərdə bu klubun formasını geyinib.
OXŞAR XƏBƏRLƏR