Meta "instagram" platforması üçün yeni layihəyə imza atmaq ərəfəsindədir.
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, "Spotify" ilə əməkdaşlıq çərçivəsində şirkət istifadəçilərin dinlədikləri musiqiləri real vaxt rejimində "instagram"da paylaşa biləcəkləri yeni funksiya üzərində işləyir.
Mövcud yenilik, bu baxımdan, əfsanəvi "MSN" platformasında "nə dinləyirəm?" adlı funksiyaya çox bənzəyir.
Məlumatlara görə, musiqi paylaşımlarına DM nişanı və ya profil ziyarətləri vasitəsilə digər "instagram" istifadəçiləri baxa bilər.
Hazırda sınaqdan keçirilən yeni funksiyanın yaxın həftələrdə rəsmi olaraq açıqlanması gözlənilir.
Aysel