Rusiyanın "Sputnik V" peyvəndinin yeni COVID-19 ştammlarından qorumadığı məlum olub.
Bu barədə "Sputnik V" vaksinini hazırlayan Hamaley adına mərkəzin direktoru Aleksandr Ginzburq bildirib.
Onun sözlərinə görə, "Sputnik V"-nin orijinal variantı ilk iki il ərzində COVID-19-dan qoruyub, lakin yeni ştammların meydana çıxması ilə onun effektivliyi azalmağa başlayıb. Ginzburq qeyd edib ki, bu gün "Sputnik V" vaksini ümumiyyətlə COVİD-19-dan qorumur.
Rusiyalı mütəxəssis peyvəndin yeni versiyasının yaradıldığını elan edib və qeyd edib ki, alimlər laboratoriyada yeni peyvənd variantları hazırlayıblar. Qeyd edilib ki, yeni peyvəndlər gələn ilin martında dövriyyəyə buraxıla bilər.
///Apa