Şri-Lanka HHQ-yə məxsus helikopter xilasetmə əməliyyatı zamanı qəzaya uğrayıb

Şri-Lanka HHQ-yə məxsus helikopter xilasetmə əməliyyatı zamanı qəzaya uğrayıb
DÜNYA
03:54 01.12.2025
103
Şri-Lanka Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus helikopter "Ditva" tropik qasırğasının təsirinə məruz qalan adada xilasetmə əməliyyatı zamanı qəzaya uğrayıb, pilot həlak olub.

Bu barədə HHQ-nin açıqlamasında bildirilib.

Qəza yardım çatdırılması və daşqın bölgələrindən insanların təxliyəsi üçün cəlb olunan helikopterin növbəti uçuşu zamanı baş verib. Pilot xəsarətlərlə xəstəxanaya aparılsa da, sonradan orada dünyasını dəyişib. Helikopterdə olan daha dörd nəfər yaralanıb.

Güclü tropik siklon olan "Ditva" Şri-Lankada daşqınlara və dağıntılara səbəb olub. Ölkə hakimiyyəti fövqəladə vəziyyət elan edib.
 
/report 
OXŞAR XƏBƏRLƏR