Şri-Lankanın xarici işlər naziri Vicita Herat oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Səfər zamanı nazir iştirakçı ölkələrdən, o cümlədən Qazaxıstan, Özbəkistan və Tacikistandan olan həmkarları, həmçinin ev sahibi olan Azərbaycanın rəhbərliyi və AQEM-in baş katibi ilə ikitərəfli danışıqlar aparacaq", - məlumatda bildirilib.
Həmçinin qeyd olunub ki, səfər Şri-Lankanın Asiya ölkələri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsinə və Mərkəzi Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatları ilə iqtisadi tərəfdaşlığın inkişafına töhfə vermək məqsədi daşıyır.











































