ÜST: “30 yaşında siqareti buraxanların ömrü daha uzun olur”

MARAQLI
13:14 30.05.2023
173

Ümumdünya Səhiyyə Təşkilatı 30 yaşlarında siqareti tərgitmiş insanların ömrünün siqaret çəkməyə davam edənlərlə müqayisədə təxminən 10 il artdığını, qan dövranının isə təxminən 2-12 həftə ərzində yaxşılaşdığını bildirib.

AZXEBER.COM xəbər verir ki, dünyada 1,3 milyard tütün məmulatı istifadəçisinin 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrdə yaşayır. Hər il tütün istifadəsi səbəbindən həyatını itirən 8 milyondan çox insanın təxminən 1,3 milyonu tütün tüstüsünü istifadə etməsələr də, tütün tüstüsünün təsirinə məruz qalanlardır.

Təxminən 700 milyon uşaq tütün tüstüsündən əziyyət çəkir. Hər il 65 000 uşaq passiv təsir nəticəsində yaranan tənəffüs yollarının infeksiyaları səbəbindən 5 yaşına çatmamış ölür.

ÜST 30 yaşlarında siqareti buraxanların ömrünün siqaret çəkməyə davam edənlərlə müqayisədə təxminən 10 il uzandığına diqqət çəkir. ÜST-ün açıqlamasına görə, siqareti tərgitdiyi ilk gündən yüksək ürək döyüntüləri, qan təzyiqi, karbonmonoksit səviyyəsi normallaşır və zaman keçdikcə immunitet sistemi güclənir. Təxminən 2-12 həftə ərzində qan dövranı yaxşılaşır və ağciyər tutumu artır.

Ayşən

OXŞAR XƏBƏRLƏR