xari

ÜST: Avropada koronavirusa yoluxma halları azalır

SAĞLAMLIQ
15:53 11.02.2021
609
Avropada COVID-19 virusuna yoluxmalar və ölüm sayı azalır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge Kopenhagendə feysbukda canlı yayımlanan brifinq zamanı bildirib.

"Avropa regionunda hər həftə bir milyondan artıq yoluxma qeydə alınsa da, bütövlükdə COVID-19-a yoluxmaların sayı dörd həftədir azalmağa doğru gedir, son iki həftə ərzində isə yeni ölümlərin sayı azalıb”, - deyə təşkilat rəsmisi qeyd edib.

Belə ki, 20-yə yaxın ölkədən verilən məlumata əsasən, 18-31 yanvar tarixləri ərzində koronavirusa görə xəstəxanalara yerləşdirilənlərin hər 100 min əhaliyə düşən sayı 13-dən 11-dək azalsa da, virusun mutasiyalarının yayılması narahatlıq doğurub. Belə ki, Avropanın 19 ölkəsində Cənubi Afrika ştammı aşkarlanıb.

Ekspert karantin məhdudiyyətlərinin ləğvində tələskənliyə yol verməməyin vacibliyini də dilə gətirib: "Bir daha vurğulamalıyam, ictimai səhiyyə və sosial tədbirlərin ləğv olunması epidemioloji dəyərləndirmələrə söykənən məlumatlara, habelə səhiyyə sisteminin mövcud imkanlarına əsaslanmalıdır. Bunun meyarları nisbi irəliləyişin müşahidəsinə yox, dəlil-sübutlara söykənməlidir”.

Qeyd edək ki, Avropada hazırda peyvəndləmə aparan 37 ölkənin 29-da artıq 7,8 milyon sakin, yəni əhalinin 1,5 faizi peyvənd olunub. Füvralın 10-a olan vəziyyətə görə, Avropa regionunun 17 ölkə və bölgəsində son 14 gün ərzində təsdiqlənmiş yoluxma səviyyəsi hər 100 min əhalisi üçün 400 nəfərdən artıq olub.
 
///Report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:50 27.02.2021

Azərbaycanda sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi

23:26 27.02.2021

Cavad Zərif: ABŞ Tehran və Bağdad arasında nifaq salmaq istəyir

23:11 27.02.2021

Türkiyədə koronavirusla bağlı son vəziyyət

22:52 27.02.2021

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

22:43 27.02.2021

Türkiyədə dəhşətli hadisə: Ana yeni dünyaya gətirdiyi körpəsini paltar şkafında gizlətdi, uşaq öldü

22:29 27.02.2021

Saatlı sakini ehtiyatsızlıqdan özünü güllələdi

21:49 27.02.2021

Bakıda mənzildən kişi meyiti tapıldı

21:33 27.02.2021

Ermənistan müxalifəti: Bütün hərbçilər Paşinyanın istefasını tələb edir

21:19 27.02.2021

İŞİD-çilər Suriyada qaz borusunu partlatdılar

21:07 27.02.2021

XİN-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə göndərilməsi ilə bağlı AÇIQLAMA

21:04 27.02.2021

Mutasiyalara təsir edəcək yeni nəsil COVID peyvəndi hazırlanır

20:56 27.02.2021

Prezidentdən bitməyən suallara zarafatla cavab: “Əgər sual varsa, mən hazıram” - VİDEO

20:06 27.02.2021

" Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir"

18:28 27.02.2021

Ermənistanda Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirilir

18:14 27.02.2021

Ukraynada xəstəxanada partlayış: Yaralılar var

17:43 27.02.2021

Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı artdı