ÜST-dən dünyanı narahat edən - AÇIQLAMA

ÜST-dən dünyanı narahat edən - AÇIQLAMA
DÜNYA
15:37 30.06.2022
648
Ümumdünya Səhiyyə Təşkilatı bütün dünyanı narahat edən açıqlama verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 110 ölkədə COVİD-19 yoluxmalarının artdığını qeyd edən Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitmədiyi barədə xəbərdarlıq edib. 

Ölüm nisbətinin artdığını vurğulayan Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Qebreyesus son vəziyyətlə bağlı açıqlama verib:

"Vəziyyət dəyişir. Virusla mübarizədə irəliləyiş əldə etdik, lakin pandemiya hələ bitməyib".

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə COVİD-19 yoluxmaları ilə bağlı son inkişafları qiymətləndirərək, COVİD-19-un alt variantları olan BA.4 və BA.5-in 110 ölkədə yoluxma artımına səbəb olduğunu bildirib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR