ÜST-dən meymunçiçəyi ilə bağlı qorxunc AÇIQLAMA

ÜST-dən meymunçiçəyi ilə bağlı qorxunc AÇIQLAMA
DÜNYA
12:03 02.06.2022
462
ÜST qorxunc açıqlama verilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı son həftələr başda Avropa olmaqla bir çox ölkədə yayılan və hər kəsi panikaya salan meymunçiçəyi virusunun indiyədək 30 ölkədə 550 nəfərə yoluxduğunu açıqlayıb.

Təşkilatın Cenevrədəki mənzil-qərargahında mətbuat konfransı keçirən ÜST-nin baş direktoru Dr. Tedros Adhanom Ghebreyesus meymunçiçəyi və COVİD-19 virusları ilə bağlı son inkişafları paylaşıb.O, meymunçiçəyinin epidemik olmadığı 30 ölkədən ÜST-ə göndərilən 550 hadisəni təsdiqlədiklərini bildirib.  

COVİD-19 epidemiyasının qlobal arenada azalmağa davam etdiyini, lakin bəzi bölgələrdə yoluxma və ölüm hallarında artım olduğunu ifadə edən Ghebreyesus Amerika bölgəsində yoluxma və ölüm hallarında artım olduğunu deyib.

O, COVİD-19 epidemiyasının bitmədiyini təkrarlayıb və ölkələrə testləri və genom ardıcıllığını davam etdirməyi, virusun harada yayıldığı barədə ÜST-ə aydın məlumat verməyi və risk qrupunda olan insanları, xüsusən də tibb işçilərini peyvənd etməyi tövsiyə edib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR