ÜST-dən qorxulu xərçəng proqnozu: 77 faiz artım olacaq

SAĞLAMLIQ
09:53 02.02.2024
574
ÜST-nin Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) xərçəngin qlobal yükü ilə bağlı son hesablamalarını dərc edib. 

AZXEBER.COM Türkiyə mediasına kistinadən xəbər verir ki, IARC 2050-ci ildə 35 milyondan çox yeni xərçəng xəstəsinin olacağını proqnozlaşdırıb və bunun 2022-ci illə müqayisədə 77 faiz artım olduğunu vurğulayıb. 

IARC-in 2022-ci il statistikalarına əsasən, xərçəngin artan yükünü, onun xidmət göstərilməyən əhaliyə qeyri-mütənasib təsirini və dünya miqyasında xərçəng bərabərsizliyinin aradan qaldırılmasının təcili ehtiyac olduğunu vurğulayıb. 

 Müvafiq olaraq, 2022-ci ildə təxminən 20 milyon yeni xərçəng diaqnozu qoyulub və 9,7 milyon ölüm hadisəsi qeydə alınıb. 

Oksana

OXŞAR XƏBƏRLƏR