Meksikada quş qripindən ilk insan vəfat edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qorxunc bir açıqlama yayıb.
ÜST-dən verilən açıqlamada atəş, təngnəfəslik, ishal və ürəkbulanma şikayətləri ilə Mexiko şəhərində xəstəxanaya yerləşdirilən 59 yaşlı xəstənin aprelin 24-də dünyasını dəyişdiyi bildirilib.
Və bununla da ilk quş qripinin A(H5N2) variantından ölən ilk insan məlum olub.
Açıqlamada, infeksiyanın mənbəyinin bəlli olmadığı və bu vəziyyətdə virusa məruz qalma mənbəyi hələ bilinməsə də, digər tərəfdən Meksikada quşlarda A(H5N2) virusunun olduğu vurğulanıb.
Qeyd edək ki, Meksika hökuməti mart ayında ölkənin qərbindəki Miçoakan ştatında yaşayan bir ailənin üzvlərində A(H5N2) quş qripinin aşkar edildiyini açıqlasa da, bu halların heyvan fermaları və insanlar üçün təhlükə yaratmadığı qeyd edilib.
Mikayıl