ÜST: Dünyada rekord sayda koronavirusa yoluxma hadisəsi qeydə alınıb

SAĞLAMLIQ
13:59 19.07.2020
1109
Son 24 saat ərzində dünyada 260 min insan koronavirusa yoluxub. 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bildirilib ki, bu rəqəm bir gün əvvəl qeydə alınan rekord göstəricini (238 min) yeniləyib. Son sutka ərzində dünyada yeni virusdan ölənlərin sayı isə 7 360 nəfər olub. Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 138 milyonu keçib, onlardan 593 mini ölüb. Yoluxma halları daha çox Amerika materikində müşahidə edilib.

OXŞAR XƏBƏRLƏR

X Mostbet