Ümumdünya Səhiyyə Təşkilatı apardığı araşdırmanın nəticələrini paylaşıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, avstraliyalı alimlərlə aparılan araşdırmalar nəticəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il ən azı 40 milyon qadının uzun müddətli doğuşdan sonrakı sağlamlıq problemləri ilə üzləşdiyini açıqlayıb.
ÜST qeyd edib ki, bu cür pozğunluqlar səhiyyə sistemlərində böyük ölçüdə tanınmır və bildirilmir.
ÜST həmçinin qeyd edib ki, səhiyyə sistemlərinin doğuşdan sonrakı problemləri tanıması ana sağlamlığı baxımından əhəmiyyətli fərq yaradır.
Doğuşdan sonra ortaya çıxan sağlamlıq problemlərinin aylarla, bəzən hətta illərlə davam etdiyinə diqqət çəkən ÜST anaların yaşadığı fiziki və ya psixoloji problemlərin klinik araşdırma, təcrübə və sağlamlıq sistemləri siyasətlərində böyük ölçüdə diqqətdən kənarda qaldığına diqqət çəkib.
Məşhur tibb jurnalı "Lancet”in xüsusi buraxılışında dərc edilən araşdırmaya görə, hər il ən az 40 milyon 35-%i doğuşdan sonra cinsi əlaqə zamanı ağrı, 32%-i bel ağrısı, 8-31%-i sidik qaçırma, 11-17%-i depressiya və buna bənzər xəstəliklərdən əziyyət çəkdiyi ortaya çıxıb.
Ayşən