ÜST həyəcan təbili çaldı - Bu ölkədə yeni virus yayılır

ÜST həyəcan təbili çaldı - Bu ölkədə yeni virus yayılır
DÜNYA
14:27 14.02.2024
130
Ümumdünya Səhiyyə Təşkilatı Çində bir qadının ikiqat virusa yoluxub ölməsindən sonra həyəcan təbili çalıb.
    
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ikiqat quş qripindən bir qadının öldüyü ilk dəfə olsa da, qadının ölməzdən bir müddət əvvəl ördək aldığı və ördəkdəki xəstəliyin qadını öldürdüyü açıqlanıb.
 
ÜST qadının H10N5 və H3N2 viruslarına məruz qaldığını bildirib.

Anhui bölgəsində yaşayan qadının öskürək, boğaz ağrısı və yüksək hərarət kimi simptomlar göstərdiyi və bu əlamətlərdən 3 gün sonra xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

Çin səlahiyyətliləri qadının sınaqdan keçirildiyini, lakin qısa müddət sonra öldüyünü açıqlayıb.
 
Qeyd edək ki, ÜST rəsmiləri dünya əhalisinə yüksək riskli xəstəliklər olan mühitlərdən qaçmağı tövsiyə ediblər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR