xari

ÜST koronavirusdan sağalanların da aşılanmasını tövsiyə edib

SAĞLAMLIQ
18:25 15.02.2021
248
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan sağalan şəxslərin peyvənd olunmasını tövsiyə edir.

Bu barədə ÜST-nin baş elmi əməkdaşı Sumya Svaminatan bildirib.

"COVID-19-dan sağalanların əksəriyyətində immunitet reaksiyası yaranır. Lakin bəzi xəstələrdə bu, elə də güclü deyil. Söhbət xəstəliyi çox yüngül keçirən və bəzən hətta yoluxduğundan xəbərsiz olanlardan gedir. Buna görə də daha əvvəl yoluxub-yoluxmadığınızdan asılı olmayaraq, peyvənd vurdurmağınızı tövsiyə edirik”, - o deyib.

"Müsbət məqam ondan ibarətdir ki, immunitet sistemi analoji antigeni və zülalı tanıyır. Buna görə də əvvəllər yoluxmuşdunuzsa və indi peyvənd olunursunuzsa, bu, sadəcə immunitet reaksiyasını artırıcı rolunu oynayır”, - ekspert bildirib.

Bununla belə Svaminatan ÜST-nin hələ koronavirus infeksiyasına qarşı yaranmış immunitetin nə qədər müddət orqanizmdə qaldığına cavabının olmadığını söyləyib. O, hələlik yalnız böyüklərin aşılanmalı olduğunu, uşaqlarla bağlı testlərin yaxın zamanlarda başlayacağını da sözlərinə əlavə edib.
 
///Report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:34 02.03.2021

Qurban Qurbanov: "Bəzi oyunlarda çətinlik çəkirik"

21:19 02.03.2021

Avropa İttifaqı Navalnıya görə Rusiyaya sanksiya tətbiq edib

21:07 02.03.2021

Bakının məkəzində dörd naməlum şəxs oğlan və qızı döydü

20:59 02.03.2021

Rusiyalı ekspert: "İlham Əliyev Azərbaycanın məsuliyyətli, sivil obrazını yaratdı"

20:35 02.03.2021

Türkiyədə toylara bu şərtlərlə icazə veriləcək

19:42 02.03.2021

Şri-Lankada “cin çıxarma” adı ilə doqquz yaşlı qızı ölənə kimi döydülər

19:15 02.03.2021

Gürcüstanın XİN başçısı sabah Türkiyəyə səfər edəcək

18:40 02.03.2021

Qoşulmama Hərəkatında Simulyasiya Məşğələsi – Ceyhun Bayramov çıxış etdi

18:14 02.03.2021

İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

18:10 02.03.2021

Mikayıl Cabbarov: "Bu il dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar 8,8% artıb"

18:04 02.03.2021

Bakıda dələduzluqla məşğul olan “general” azadlığa buraxıldı

17:47 02.03.2021

Müdafiə Nazirliyi: Hazırda itkin düşmüş hərbçilərin sayı 28 nəfərdir

17:44 02.03.2021

Sabiq icra başçısının həbs müddəti uzadıldı

17:37 02.03.2021

MN: Qarabağda xidmət edən hərbçilərin maaşına 100 faiz həcmində əlavə edilib

17:29 02.03.2021

Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb - Məzuniyyətə çıxdı

17:26 02.03.2021

AZAL: Ləğv edilmiş reyslərin biletləri yenidən təxsis ediləcək