ÜST: Meymunçiçəyi virusunun fövqəladə halı başa çatır

ÜST: Meymunçiçəyi virusunun fövqəladə halı başa çatır
DÜNYA
11:32 12.05.2023
205
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus meymunçiçəyi virusunun beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə halı kimi sona çatdığını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Qebreyesus ÜST-nin qlobal sağlamlıq problemləri ilə bağlı təşkil etdiyi mətbuat konfransında qiymətləndirmələr aparıb.

Qebreyesus qeyd edib ki, son üç ayda meymunçiçəyi virusuna yoluxma halları əvvəlki üç aya nisbətən 90% azalıb.

ÜST-ün Fövqəladə Hallar Komitəsinin dünən meymunçiçəyi virusu gündəmi ilə görüşdüyünü xatırladan Qebreyesus deyib: "Komitə mənə tövsiyə etdi ki, birdən çox ölkədə müşahidə edilən meymunçiçəyi virusu artıq beynəlxalq əhəmiyyətli bir ictimai sağlamlıq vəziyyətini təmsil etmir. Mən bu məsləhəti qəbul etdim və meymunçiçəyi virusunun artıq qlobal sağlamlıq üçün fövqəladə hal olmadığını elan etməkdən məmnunam. Lakin Covid-19 epidemiyasında olduğu kimi, bu, xəstəliyin bitdiyi demək deyil”. 

Qebreyesus  həmçinin bildirib ki, meymunçiçəyi virusu proaktiv və davamlı cavab tələb edən mühüm sağlamlıq problemləri yaratmağa davam edir və Afrika da daxil olmaqla bütün bölgələri təsir altına almaqda davam edir.

Ayşən
OXŞAR XƏBƏRLƏR