ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzada bir çox yoluxucu xəstəliyin görünməyə başladığını ifadə edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, səhiyyə sisteminin çökdüyü bölgədə yaralılar müalicə ala bilmir.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Adhanom bu gün verdiyi açıqlamada hazırda Qəzzada 1,3 milyon insanın sığınacaqlarda yaşadığını bildirib.
O, sıxlıq səbəbindən yardımların əldə edilməsində problemlərin olduğunu və gigiyena problemlərinə görə yoluxucu xəstəliklər riskinin artdığını da vurğulayıb.
Qebreyesus açıqlamasında deyib: "Yaşayış şərtləri və qeyri-kafi sağlamlıq xidmətlərini nəzərə alsaq, xəstəliklər bombalardan daha çox insanı öldürə bilər".
Ayşən