ÜST sözçüsü koronavirusla bağlı xəbərdarlıq etdi: “Yeni ocaqlar yarana bilər... Vaksin bir ilə hazır olacaq”

ÜST sözçüsü koronavirusla bağlı xəbərdarlıq etdi: “Yeni ocaqlar yarana bilər... Vaksin bir ilə hazır olacaq”
SAĞLAMLIQ
12:31 28.05.2020
1304
"Biz bu epidemiyanın necə inkişaf edəcəyini bilmirik. Bu, bizim hamımız üçün yeni situasiyadır. Biz proqnoz verə bilmərik. Vəziyyətə diqqətlə nəzər salsaq, biz dünyanın müxtəlif ölkələrində, keçmişdə yoluxmanın çox olmadığı yerlərdə pik hallar, ocaqlar gözləyə bilərik”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) "Koronavirus İnfo” verilişinə onlayn formatda müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Yasareviç deyib.

Onun sözlərinə görə, müxtəlif ölkələr tətbiq etdiyi sərt tədbirləri aradan qaldırdıqca, risk yaranır: "Aparılan seroloji analizlərin ilkin nəticələri onu göstərir ki, çox az sayda adamda anticismlər var. Əksəriyyətin, insanların 90 faizdən çoxunun bu yeni virusa yoluxma riski var. Bu səbəbdən də, biz müəyyən tədbirləri saxlamalıyıq”.

T.Yaşareviç vaksin vaksinin tapılması üçün bütün dünyada çox sayda tədqiqatçı tərəfindən gərgin iş aparıldığını diqqətə çatdırıb: "Ümumdünya Səhiyyə Təşkilatında qeydiyyata alınmış 100-dən çox potensial vaksin var və onların çoxu artıq sınaqların birinci mərhələsindədir. Bu o deməkdir ki, onlar artıq insanlar üzərində sınaqdan keçirilib. Kliniki sınaqlara keçmək müəyyən vaxt aparacaq. Çünki baxmayaraq ki, biz vaksinlər üzərində işi sürətləndirə bilərik, biz hələ də ciddi elmi yanaşmaya əməl etməliyik və kliniki sınaqlar vasitəsilə vaksinin ilk növbədə təhlükəsiz, eyni zamada effektiv olduğuna əmin olmalıyıq. Bunun üçün bir neçə ay lazımdır. Sonra biz bu vaksinin istehsalı, eləcə də onun paylaşdırılması məsələsini nəzərdən keçirməliyik. Hər şey qaydasında getsə, bir il ərzində vaksinə sahib ola bilərik. Eyni zamanda biz mümkün müalicələri nəzərdən keçiririk”.

ÜST sözçüsü vurğulayıb ki, dövlətlərin səhiyyə sistemləri bir daha nəzərdən keçirilməlidir: "Buradan çıxarılacaq dərslərdən biri ondan ibarətdir ki, hər kəs həm dövlətlər səviyyəsində, həm də beynəlxalq səviyyədə səhiyyə sistemlərini nəzərdən keçirməlidir və daha çox investisiya yatırmağa ehtiyac olduğunu dərk etməlidir”.

Müsahibənin tam versiyasına təqdim etdiyimiz videodan baxa bilərsiniz.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
17:05 23.09.2026
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
Çin lideri ABŞ-a yola düşüb
15:20 23.09.2026
Çin lideri ABŞ-a yola düşüb
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
14:46 23.09.2026
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz