Ümumdünya Səhiyyə Təşkilatı Ukrayna üçün 3,5 milyon dollar maliyyə ayırıb.
AZXEBER.COM xəbər verir ki, ÜST Rusiyanın hərbi əməliyyatlarının davam etdiyi Ukraynada münaqişədən zərər çəkmiş bölgələri tibbi ləvazimatlarla təmin etmək üçün 3,5 milyon ABŞ dolları dəyərində təcili yardım fondunun yaradıldığını açıqlayıb.
Təşkilatın baş direktoru Dr.Tedros Adhanom Ghebreyesus Ukraynada artan gərginlikdən dərin narahat olduğunu və bu səbəbdən yardım etdiklərini söyləyib:
"Səhiyyə sistemi mülki şəxslərin hər cür sağlamlıq problemlərinə qarşı lazımi tibbi avadanlıqları tədarük etməyə davam etməlidir".
Ghebreyesus, həmçinin tibbi ləvazimat daşıyan nəqliyyat vasitələrinin, xüsusilə də səhiyyə müəssisələri, səhiyyə işçiləri və xəstələrin qarşıdurmalarda heç vaxt hədəfə alınmaması lazım olduğunu xatırladıb.
Ayşən