ÜST: Vaksinlərin effektivliyi azalır

SAĞLAMLIQ
19:09 26.01.2022
298
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabata görə, m-RNT texnologiyası ilə hazırlanmış peyvəndlər COVID-19-un sürətlə yayılan "omikron" variantına qarşı effektivliyini azaldıb. 

Hesabatda "omikron"un digər variantlara nisbətən daha az ağır xəstəlik və ölümə səbəb olduğu, lakin bir çox ölkədə COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilmələrin sayının sürətlə artdığı da ifadə edilib. 

"Omikron"un "delta" ilə müqayisədə daha yüksək ikinci dərəcəli hücum nisbətinə sahib olduğu da qeyd edilib. 

Yenidən infeksiyaya yoluxma riski yüksəkdir 

İngiltərədə aparılan araşdırmaya görə, "omikron"dan sonra virusa təkrar yoluxma "delta"dan 4-5 dəfə yüksəkdir. Peyvənd vurdurmayan insanlarda isə "omikron"a təkrar yoluxma nisbəti 4-6 dəfə müşahidə edilib. 

ÜST-nin hesabatında həmçinin vurğulanıb ki, m-RNT texnologiyası ilə hazırlanmış peyvəndlərin effektivliyi "omikron"un yayılması ilə azalıb. ABŞ-da bu mövzuda aparılan araşdırmaya görə, "Moderna" və "Pfizer-BioNTech" peyvəndlərinin 2 dozasını alanlarda bir ay sonra vaksinlərin effektivliyi müvafiq olaraq 30-40 faizə enir. Qeyd olunub ki, peyvəndin 2 dozası tamamlandıqdan 6-7 ay sonra effektivlik 0 faizə enib.

Bununla belə, m-RNA peyvəndlərinin "omikron"un ağırlaşma riskinə qarşı effektivliyində azalma olmayıb. Araşdırmaya görə, "Pfizer-BioNTech" peyvəndlərini tamamlayan insanlarda 3 ay ərzində xəstəxanaya yerləşdirmə riskinə qarşı 70% effektivlik müşahidə edilib. 6 ayda bu nisbətdə azalma olmayıb.
 
///publika.az

OXŞAR XƏBƏRLƏR