ÜST-nın baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzada bütün mülki şəxslərin, humanitar yardımların və tibb işçilərinin müdafiəsi tələbini təkrarlayaraq dərhal atəşkəsə çağırıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ÜST qrupunun 15-i ağır vəziyyətdə olan 45 xəstənin Nəccar Xəstəxanasına təxliyyə edilməsinə kömək etdiyini qeyd edən Qebreyesus 1 xəstənin yolda öldüyünü bildirib.
Qebreyesus bir daha atəşkəs çağırışını təkrarlayaraq açıqlamasında deyib:
"Bütün mülki vətəndaşların, humanitar yardımların və səhiyyə işçilərinin müdafiəsini tələb edirik. Dərhal atəşkəsə çağırırıq".
Mikayıl