İllərə meydan oxuyan Jakklin Stallonne oğlundan geri qalmır.
Məşhur Hollivud ulduzu Silvester Stallonnenin 92 yaşlı anası hər kəsi təccübləndirib.
AZXEBER.COM xəbər verir ki, ANS PRESS-in məlumatına görə, sənətçinin anası yaşının çox olmasına baxmayaraq oğlundan geri qalmaq fikrində deyil.
İllərə meydan oxuyan Jakklin Stallonne həftənin əksər günlərini idman zalına gedərək şəxsi məşqçisinin köməyi ilə yaşından gənc görünməyə çalışır. Plastik əməliyyatların həvəskarı olan və sayı bilinməyən qədər əməliyyat olunan Jakklin bədənini qorumaq üçün əlindən gələni əsirgəmir.
Uğursuz əməliyyatlarına görə hər zaman qınaq obyekti olan xanım buna baxmayaraq bıçaq altına girməkdən əl çəkə bilmir. 92 yaşlı qadının fotolarını sizə təqdim edirik:



