“Starbucks”ın qlobal satışları azalıb - Şirkət rəsmilərindən AÇIQLAMA

“Starbucks”ın qlobal satışları azalıb - Şirkət rəsmilərindən AÇIQLAMA
DÜNYA
11:38 29.01.2025
358
ABŞ-nin "Starbucks” qəhvə şəbəkəsinin qlobal satışları ötən ilin oktyabr-dekabr dövründə 4 faiz azalıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu məşhur brend 2025-ci il üçün maliyyə hesabatında açıqlayıb. 

Şirkətin müqayisə olunan mağaza satışları Şimali Amerikada, ABŞ və beynəlxalq bazarlarda da 4 faiz azalıb. 

"Starbucks”ın Çindəki satışları 6 faiz azalıb. 

Dekabrın 29-da sona çatan üç aylıq dövrdə "Starbucks”ın gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməz olaraq 9,4 milyard dollar olub. 

Şirkətin səhm üzrə mənfəəti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23 faiz azalaraq 69 sent olub. 

Şirkətin gəliri və mənfəəti azalsa da, bu müddət ərzində bazar gözləntilərinin üstündə idi.

"Starbucks”ın Baş İcraçı Direktoru (CEO) Brayan Nikkol maliyyə nəticələrini qiymətləndirərək, "Starbucks”a qayıdış" səylərinin ilk rübündə olmalarına baxmayaraq, tez hərəkət etdiklərini və müsbət reaksiyalar aldıqlarını deyib:

"Biz inanırıq ki, bu, əsas problemlərimizi həll etmək, brendimizə inamı bərpa etmək və işimizi davamlı, uzunmüddətli böyüməyə qaytarmaq üçün lazım olan strategiyada əsas dəyişiklikdir"- deyə Nikkol bildirib. 

Şirkətin Baş Maliyyə Direktoru (CFO) Rachel Ruggeri də qeyd edib ki, onlar hələ də "Starbucks-a qayıdış” strategiyasının ilkin mərhələsindədirlər və hələ görüləcək çox iş var.

Qeyd edək ki, hesabata görə, 2023-cü ilin oktyabr-dekabr dövrü üçün illik satış proqnozunu qismən Yaxın Şərqdəki mağazalardakı satışların mənfi təsirinə görə aşağı salmışdı. 

Mikayıl
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
15:35 31.07.2026
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
Telefonunuzun batareyasını ən çox hansı tətbiqlər “yeyir”? – Siyahı açıqlandı
15:30 31.07.2026
Telefonunuzun batareyasını ən çox hansı tətbiqlər “yeyir”? – Siyahı açıqlandı