ABŞ Hökumət Səmərəliliyi Departamentin rəhbəri, "Tesla” və "SpaceX” şirkətinin sahibi İlon Mask Ukrayna müharibəsi ilə bağlı qalmaqallı açıqlama verib.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Mask sosial şəbəkə hesabında "Starlink” rabitə sisteminin Ukrayna ordusu üçün həlledici rol oynadığını bildirib.
"Mənim "Starlink” sistemim Ukrayna ordusunun onurğa sütunudur. Starlink Ukrayna ordusunun əsas rabitə sistemidir. Əgər onu söndürsəm, cəbhə xətti dağılacaq”, - Mask qeyd edib.