Starmer: Britaniya nüvə silahlarının modernləşdirilməsinə 15 milyard funt sterlinq sərmayə qoyacaq

Starmer: Britaniya nüvə silahlarının modernləşdirilməsinə 15 milyard funt sterlinq sərmayə qoyacaq
DÜNYA
22:13 02.06.2025
857
Böyük Britaniya nüvə başlıqları arsenalının modernləşdirilməsi proqramına 15 milyard funt sterlinq xərcləyəcək.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Qlazqoda keçirdiyi mətbuat konfransında bildirib.

"Bu gün təsdiq edə bilərəm ki, suveren nüvə başlığı proqramımıza 15 milyard funt sterlinq xərcləyəcəyik. Nüvə çəkindirici qüvvələrin qarşıdakı modernləşdirilməsi tarixi olacaq”, - o deyib.

Xatırladaq ki, iyunun 1-də Böyük Britaniya hökuməti sualtı qayıqların tikintisi proqramını genişləndirmək planlarını açıqlamışdı. Söhbət AUKUS proqramı çərçivəsində 12 sualtı qayığın inşasından gedir. Qurumun saytında bunun ölkənin nüvə arsenalının yenilənməsi proqramı üçün ayrılmış 15 milyard funt sterlinqlik investisiyalar əsasında həyata keçiriləcəyi bildirilib.
OXŞAR XƏBƏRLƏR