Böyük Britaniya Yaxın Şərqdə davam edən müharibəyə qoşulmayacaq.
Bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.
O, İranla müharibənin Britaniyanın "milli marağı”nda olmadığını vurğulayıb.
"Mənə və başqalarına nə qədər təzyiq göstərilməsindən, səs-küydən asılı olmayaraq, mən verəcəyim qərarlarda Britaniyanın milli maraqları çərçivəsində hərəkət edəcəyəm. Bu, bizim müharibəmiz deyil. Münaqişəyə daxil olmayacağıq”, - Starmer vurğulayıb.









































