Starmer martın 15-də Ukrayna ilə bağlı virtual sammit keçirəcək

Starmer martın 15-də Ukrayna ilə bağlı virtual sammit keçirəcək
DÜNYA
21:23 10.03.2025
145
Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ilə bağlı növbəti beynəlxalq görüşü onlayn rejimdə keçirəcək.

Bu barədə Britaniya hökumət başçısının nümayəndəsi məlumat verib.

O, virtual sammitin martın 15-də baş tutacağını və Starmerin martın 2-də Londonda təşkil etdiyi görüşün davamı olacağını bildirib.

"Baş nazirin "Lancaster House”da baş tutan sammitə əsaslanaraq, xoşməramlılar koalisiyasının liderlərinin ikinci görüşünü keçirəcəyini gözləyə bilərsiniz”, - o əlavə edib.

Xatırladaq ki, martın 2-də Londonda Ukraynaya yardımla bağlı 18 dövlət və birliyin nümayəndələrinin iştirak etdiyi sammit keçirilib. Görüşdən sonra Starmer Kiyevi dəstəkləmək üçün dövlətlərdən ibarət koalisiya yaratmağa söz verib.
 
 
///Report
OXŞAR XƏBƏRLƏR