Statistika Komitəsi: Azərbaycanda orta aylıq əmək haqqı 745 manata çatıb

İQTİSADİYYAT
12:18 18.05.2020
1102

Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 65,3 min nəfər və yaxud 4,1% artaraq 1 646,1 min nəfər olub.

"Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 911,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 734,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Məlumata görə, muzdla işləyənlərin 20,3%-i təhsil, 17,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,9% artaraq 744,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:14 05.06.2020

Dağıstanda 6 Azərbaycan vətəndaşı koronavirusa yoluxub

14:56 05.06.2020

“Nar” Müştəri Xidməti sərt karantin rejimi müddətində abunəçilərinə xidmət göstərməkdə davam edəcək

14:42 05.06.2020

DSX erməni yalanını ifşa etdi: “Sərhəd-döyüş mövqelərimizi irəli çəkmişik”

14:24 05.06.2020

Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi - FOTO

14:05 05.06.2020

FHN-dən çimərliklərlə bağlı xəbərdarlıq

13:55 05.06.2020

Azərbaycan korrupsiyaya qarşı mübarizədə MDB məkanında birinci yerdədir

13:42 05.06.2020

"Azəriqaz"dan smart-kart tipli sayğacları olanlara xəbərdarlıq - Qazsız qala bilərsiniz

13:21 05.06.2020

İki günlük qadağada zibil də atmaq olmaz - Rəsmi

13:15 05.06.2020

İcra başçısı iki vəzifəli şəxs barədə prokurorluğa müraciət edib

12:56 05.06.2020

Bu gün ictimai nəqliyyat saat 23:59-a qədər işləyəcək - BNA

12:52 05.06.2020

Ermənistanda koronavirusdan ölənlərin sayı 183-ə çatıb

12:41 05.06.2020

Deputat Eldar Mahmudovun Britaniyadakı mülklərindən danışdı: “Geri qaytarılmalıdır”

12:24 05.06.2020

“Prezident bir daha elan etdi ki, Ermənistan dövləti Azərbaycan torpağında yaradılıb”

12:05 05.06.2020

Sabahdan şəxsi avtomobillərlə hərəkət tam qadağan edilir - RƏSMİ

12:00 05.06.2020

İcra başçısı həbs edilən rayonun polis rəisi işdən çıxarıldı

11:46 05.06.2020

Bakıda tələbə qız evlənmək istəmədiyi üçün intihar edib